Özgə əlində kömbə böyük görünər.

Lit. In others’ hands the slice looks big (great). / Cf. Grass is always greener on the other side of the fence (of the hill). В чужих руках (всегда) ломоть велик, а как нам достанется, мал покажется. / В чужих руках пирог больше, да и ломоть кажется толще. / В чужой руке кус и дольше, и толще. / В чужих руках ноготок с локоток. / В чужих руках краюха за ковригу.
özgə cibinə əl uzatmaq
özgə əməyindən istifadə etmək (özgə əlilə vicdansızcasına iş görmək)
OBASTAN VİKİ
Kömbə
Kömbə — İri,girdə, qalın, xüsusi üsulla hazırlanan çörək növü. Kömbənin adi sac çörəyi, təndir çörəyi kimi bişirilən halları olsa da, kömbə adi çörək deyil. Həmçinin kömbə bişirib satan şəxs isə kömbəçi adlandırılır. Kömbəni üzlü süd, çiyə və kərə yağı ilə undan yoğrulmuş xəmiri yuxa kimi iri yayır və içərisinə içlik yığıb yenidən xəmiri hər tərəfdən onun içliyin üzərinə qatlamaqla qalınlığı təndir çörəyindən də qalın olmaqla ya təndirin dibində yaxud da ocağın yerində üstünə əvvəlcə kül, sonra qor, sonda köz yığılmaqla vam odda bişirilir. Kömbəni hazırlayarkən həm onun ununa, həm südə, eləcə də onun içliyinə xüsusi ədviyyatlar vurulur. Bu da kömbəyə xüsusi dad verməsinə səbəb olur. Bəzən kömbənin ununa və ayrıca hazırlanan içliyə bal (müasir zamanda şəkər tozu) qatırlar. Belə kömbə şirin kömbə adlanır. Başqa bir halda içliyini hazırlayərkən quymaq hazırlanan qaydada hazırlanır. Belə kömbə quymaq kömbəsi adlanır.
Güzgüdə özgə
Güzgüdə özgə (ing. A Stranger in the Mirror) — Sidni Şeldonun 1976-cı ildə yazdığı romandır.
Özgə Borak
Özgə Borak (türk. Özge Borak; 14 fevral 1982, İstanbul) — Türkiyə teatr və kino aktrisası. 14 fevral, 1982-ci ildə İstanbulda anadan olmuşdur. İstanbul Dövlət Konservatoriyasının Teatr bölümünü bitirmişdir. 22 aprel 2012-ci ildə aktyor Ata Dəmirərlə ail qursa da 12 noyabr 2014-cü ildə boşanmışdırlar.
Özgə Gürəl
Özgə Gürəl (5 fevral 1987, İstanbul) — Türk aktrisa Özgə Gürəl 5 fevral 1987-ci ildə İstanbulda anadan olub. Silivrili ailənin qızıdır. Ana tərəfi Selanik qaçqını, ata tərəfi isə çərkəzdir. Litseyi bitirənə qədər Silivridə yaşayıb. Bəykənd Universiteti Beynəlxalq ticarət fakültəsindəki təhsilini yarımçıq tamamlayıb aktrisalıq daha sonra isə aktrisalıq idarəsi təhsili alıb. Qızım harada adlı teleserialda Zeynəb rolu ilə film dünyasına girmişdir. Daha sonra Rahat küçə və Möhtəşəm yüz il adlı teleseriallarda rol almışdır. 2014-cü ildə Mədcəzir teleserialında Ada rolunu oynamışdır. Daha sonra yenə 2014-cü ildə Gilas Mövsümü teleserialında baş rol olan Öykü rolunu oynamışdır. 2017-ci ildə Ulduzlar Şahidim teleserialında baş rolda oynamışdır.
Özgə Kırdar
Özge Kırdar (26 iyun 1985, Kütahya) – köhnə türk qadın toppaylayıcı. Voleybola əkiz bacısı Gözde Kırdar Sonsırma ilə birlikdə doğulduğu Kütahyada başlamışdır. Peşəkar karyerası isə 1999-cu ildən Günəş Sığortada başlayır. 2003-cü ilə qədər Vakıfbankda forma geyinmişdir. 2006–07 sezonunu Fənərbaxça Qadın Voleybol Komandası ilə keçirmişdir. Ertəsi il Ereyli Bələdiyyəspora transfer olunmuşdur. 2008-ci ildə doğma komandası Vakıfbanka geri dönmüş və burada CEV Qadınlar Çempionlar Liqasını (2010–11 mövsümündə) qazanmışdır. Bu turnirin "Ən yaxşı ötürücü"sü isə Özge olmuşdur. 2009-cu ildən etibarən Türkiyə Milli Voleybol Komandasına çağrılır. Milli komanda ilə birlikdə 2008 London Yay Olimpiya Oyunlarında iştirak etmişdir.
Özgə Kırdar Çemberci
Özge Kırdar (26 iyun 1985, Kütahya) – köhnə türk qadın toppaylayıcı. Voleybola əkiz bacısı Gözde Kırdar Sonsırma ilə birlikdə doğulduğu Kütahyada başlamışdır. Peşəkar karyerası isə 1999-cu ildən Günəş Sığortada başlayır. 2003-cü ilə qədər Vakıfbankda forma geyinmişdir. 2006–07 sezonunu Fənərbaxça Qadın Voleybol Komandası ilə keçirmişdir. Ertəsi il Ereyli Bələdiyyəspora transfer olunmuşdur. 2008-ci ildə doğma komandası Vakıfbanka geri dönmüş və burada CEV Qadınlar Çempionlar Liqasını (2010–11 mövsümündə) qazanmışdır. Bu turnirin "Ən yaxşı ötürücü"sü isə Özge olmuşdur. 2009-cu ildən etibarən Türkiyə Milli Voleybol Komandasına çağrılır. Milli komanda ilə birlikdə 2008 London Yay Olimpiya Oyunlarında iştirak etmişdir.
Özgə Kırdar Çəmbərci
Özge Kırdar (26 iyun 1985, Kütahya) – köhnə türk qadın toppaylayıcı. Voleybola əkiz bacısı Gözde Kırdar Sonsırma ilə birlikdə doğulduğu Kütahyada başlamışdır. Peşəkar karyerası isə 1999-cu ildən Günəş Sığortada başlayır. 2003-cü ilə qədər Vakıfbankda forma geyinmişdir. 2006–07 sezonunu Fənərbaxça Qadın Voleybol Komandası ilə keçirmişdir. Ertəsi il Ereyli Bələdiyyəspora transfer olunmuşdur. 2008-ci ildə doğma komandası Vakıfbanka geri dönmüş və burada CEV Qadınlar Çempionlar Liqasını (2010–11 mövsümündə) qazanmışdır. Bu turnirin "Ən yaxşı ötürücü"sü isə Özge olmuşdur. 2009-cu ildən etibarən Türkiyə Milli Voleybol Komandasına çağrılır. Milli komanda ilə birlikdə 2008 London Yay Olimpiya Oyunlarında iştirak etmişdir.
157 özgə həyat...
157 özgə həyat... qısametrajlı sənədli televiziya filmi rejissor Əminə Asifqızı tərəfindən çəkilmişdir. Film kinoda 157 rol canlandıran görkəmli aktyor, xalq artsti Muxtar Maniyevin yaradıcılığına həsr olunmuşdur. Film İctimai televiziyada istehsal edilmişdir. Film kinoda 157 rol canlandıran görkəmli aktyor, xalq artsti Muxtar Maniyevin yaradıcılığına həsr olunmuşdur. Filmdə aktyorun özü də iştirak edir və obrazları haqqında maraqlı xatirələrini bölüşür. Onun sözlərinə görə bu, təkcə rol almaq deyil, həmin obrazları yaşatmaqdır, onların yolunda can qoymaqdır. İstər kinoda, istərsə də teatrda bu qədər rol yaratmaq hər aktyora nəsib olmur. Onu Azərbaycan filmlərinin demək olar ki, əksəriyyətində görmək mümkündür.
157 özgə həyat... (film)
157 özgə həyat... qısametrajlı sənədli televiziya filmi rejissor Əminə Asifqızı tərəfindən çəkilmişdir. Film kinoda 157 rol canlandıran görkəmli aktyor, xalq artsti Muxtar Maniyevin yaradıcılığına həsr olunmuşdur. Film İctimai televiziyada istehsal edilmişdir. Film kinoda 157 rol canlandıran görkəmli aktyor, xalq artsti Muxtar Maniyevin yaradıcılığına həsr olunmuşdur. Filmdə aktyorun özü də iştirak edir və obrazları haqqında maraqlı xatirələrini bölüşür. Onun sözlərinə görə bu, təkcə rol almaq deyil, həmin obrazları yaşatmaqdır, onların yolunda can qoymaqdır. İstər kinoda, istərsə də teatrda bu qədər rol yaratmaq hər aktyora nəsib olmur. Onu Azərbaycan filmlərinin demək olar ki, əksəriyyətində görmək mümkündür.
Gecə yarısının özgə tərəfi
Gecə yarısının özgə tərəfi (ing. The Other Side of Midnight) — Sidni Şeldonun 1973-cü ildə yazdığı romandır.
Özgə vaxt (film, 1996)
Filmin qəhrəmanı Leyla (Ayan Mirqasımova) uzun illər müalicəsi mümkün olmayan xəstə atasına (Ələddin Abbasov) qulluq edir. O özü keçirdiyi iztirablı həyata sevgilisini (Elşən Rüstəmov) cəlb etməmək üçün ondan ayrılır. Heç bir qulluqçu atasının şıltaqlıqlarına dözə bilmir və ona görə Leyla işdən çıxmağa məcbur olur, tədricən yaxın dostlarını da itirir... Leyla özündən asılı olmadan, yavaş-yavaş həyat tərzini dəyişərək "atasının vaxtı" ilə yaşayır. İnsan təbiəti dəyişməzdir, şüuru isə dəyişkəndir, nisbidir. Cəmiyyətdən, mühitdən asılı olan şüur mənəviyyat və əxlaqi normaları formalaşdırır. Həyatda çox vaxt insanın mənəvi dəyərləri, təbiətin qoyduğu və daimi olan əsaslarla ziddiyyət təşkil edir. Bu isə harmoniyanın pozulmasına gətirib çıxarır və faciə ilə nəticələnir. 1)1997-ci ildə Bakıda Aktrisa Ayan Mirqasımovaya "Bakılı" cəmiyyətinin "Humay" Mükafatı verilmişdir. 2)1997-ci ildə Madriddə (İspaniya) I Beynəlxalq kinofestivalı Ən yaxşı rejissor işinə görə quruluşçu rejissor Hüseyn Mehdiyev "Qızıl Sevilya" Prizinə layiq görülmüşdür.
Özgə ömür (film, 1987)
Özgə ömür (rus. Другая жизнь) — 1987-ci ildə yazıçı Rüstəm İbrahimbəyovun ssenarisi əsasında, rejissor Rasim Ocaqov tərəfindən C. Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında istehsal edilmiş film. Əsas rolları Aleksandr Kalyagin, Fəxrəddin Manafov, İrina Kupçenko və başqaları ifa edirlər. Film institut rektorunun ikili həyat yaşamasından bəhs edir. Çəkilişlər Bakıda və Moskvada aparılmışdır. 1987-ci ildə aktrisa İrina Kupçenko ən yaxşı epizodik rola görə SSRİ Kinematoqrafçılar İttifaqının təsis etdiyi "Nika" prizinə layiq görülmüşdür. 1) Film Fariz Əmiroviç Rzayevin (Aleksandr Kalyagin) ömrünün son gününü əhatə edir. O, ölkənin ən böyük institutlarından birinin rektorudur. Bu vəzifədə artıq 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Məsuliyyətli, savadlı və işini mükəmməl bilən bir adamdır.
Miltiad (böyük)
Miltiad (q.yun. Μιλτιάδης; e. ə. VI əsr, Afina – e. ə. VI əsr, Gelibolu yarımadası, Mərmərə regionu) — Frakiya Xersonesosun tiranı və eyniadlı şəhərin banisi. Miltiad Afinada ən nüfuzlu sülalələrindən biri Filaidlər sülaləsindən idi. Onun atası Kipsel idi. E.ə. 559-cu ildə Afinada Pisistratın tiranlığı başlayanda, o, Frakiya Xersonesosun sakinlərinin çağırışına cavab verdi və şimaldan hücum edən düşmənə qarşı müharibədə müdafiə komandanlığını ələ aldı.
Böyük qızılquş
Böyük qızılquş (lat. Falco rupicoloides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Əsgəre Böyük
Əsgər Böyüki Broyan (erm. Ասկյար Բոյիկի Բրոյան) və ya Əsgəre Böyük (kürd. Eskerê Boyîk; 31 avqust 1941, Kondaxsaz, Abaran rayonu) — yezidi əsilli SSRİ şairi və yazıçısı. Broyan Ermənistan SSR-in Kondaxsaz kəndində, yezidi ailəsində anadan olmuşdur. O, öz kəndində, daha sonra Elegəz kəndində məktəbə getmişdir. İrəvanda iqtisadiyyat üzrə təhsilini davam etdirmiş və 1966-cı ildə o ixtisası bitirmişdir. Broyan erməni və rus dillərində çoxlu məqalələr yazmışdır. O, kürd ədəbiyyatı ilə bağlı araşdırmaları ilə gündəmə gəlmişdir. Broyan 1960-cı illərdə kürdcə şeir və məqalələr yazmağa başlamışdır. O, SSRİ kürdləri ilə bağlı bir çox araşdırmalar hazırlamış, kürdologiyanın inkişafı üçün fəaliyyət göstərmişdir.
Böyük Livan
Böyük Livan dövləti (ərəb. دولة لبنان الكبير‎; fr. État du Grand Liban), sonrakı adı ilə Livan Respublikası (ərəb. الجمهورية اللبنانية‎ al-Jumhūrīyah al-Lubnānīyah; fr. République libanaise) — Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının keçmiş ərazilərində, Millətlər Liqasının qərarı ilə Fransaya bu ərazi üçün mandat verildikdən sonra Fransanın mandatının bir hissəsi. Bundan əvvəlki dövrdə Livan Beyrut vilayətinin mərkəzi hissəsində muxtar bir qurum kimi Böyük Suriya adlanan ərazinin bir hissəsi idi. General Quro Livan ilə cənub və qərb sərhədlərində bir neçə Suriya kəndini parçalayaraq Livana birləşdirmiş, paytaxtı Beyrut təyin edərək indiki sərhədləri ilə dövlətin qurulmasını elan etmişdir. Salibi, Kamal. A House of Many Mansions: The History of Lebanon Reconsidered. University of California Press.
Böyük Nənə
Böyük Nənə, Kraliça Nənə və ya Maronların Nənəsi (təq. 1685, Qana – təq. 1733) — Yamaykanın Milli Qəhrəmanı, XVIII əsrdə Yamayka maronlarının liderlərindən biri. O, "Küləkli Maronlar" adlı əvvəllər kölələşdirilmiş afrikalılardan ibarət cəmiyyətə rəhbərlik edirdi. 18-ci əsrin əvvəllərində Nənənin rəhbərliyi altında Küləkli Maronlar, Birinci Maron müharibəsi kimi tanınan Yamayka Koloniyasında Britaniya hakimiyyətinə qarşı uzunmüddətli partizan müharibəsi aparmışdır. Onun haqqında bilinənlərin çoxu şifahi tarixdən əldə edilir, yazılı mənbə kasaddır. Maron əfsanəsinə görə, Kraliça Nənə Asante xalqından idi və indiki Qanada anadan olub. Xalq qəbuluna görə və ən azı bir sənədli mənbəyə görə, o, heç vaxt kölə olmamışdır. Buna baxmayaraq, Yamaykaya kölə kimi gəldiyinə inanılsa da, necə gəldiyi dəqiq bilinmir.
Böyük Xan
Böyük Xan — Kiprin ən böyük karvansarası, bütün adada ən gözəl tikililərdən biri hesab olunur. Qismən tanınan Şimali Kipr Türk Respublikasının paytaxtı Şimali Nikosiyada yerləşir. Böyük Xan Osmanlı türkləri tərəfindən 1572-ci ildə Kipri ​​venesiyalılardan aldıqdan bir il sonra tikilmişdir. 1878-ci ildən Böyük-Xan şəhərin Britaniya hakimiyyəti altında olan ilk həbsxanası, 1893-cü ildən isə onların tabeliyində olan yoxsulların sığınacağına çevrilmişdir. 1990-cı illərdə Böyük Xan yenidən quruldu, bir neçə qalereya və emalatxanası olan və inkişaf edən bir sənət mərkəzinə çevrildi. Sütunlarının uzunluğu təqribən 50 metr olan dörd ikimərtəbəli bina həyətində sütunlu və yuxarıda yerləşən eyvanlarla kvadrat kompleks təşkil edir. Açıq həyətin mərkəzində namazdan əvvəl dəstəmaz almaq üçün fəvvarəli məscid var. Burada həmçinin kafe və suvenir mağazaları var.
Böyük ayətullah
Ayətullah (ərəb. آية الله‎; fars. آيت‌الله‎ — Āyatollāh), Şiəlikdə xüsusilə Cəfərilikdə istifadə edilən bir dərəcədir. İranda dini bir dərəcə olaraq da tanınır. Ayətullah dərəcəsində olanların fətva vermək səlahiyyəti var. Tarixdə ilk dəfə müctəhid Əllamə Hilli ayətullah dərəcəsi almışdır. Ayətullah Allahın ayəsi (dəlili) deməkdir. Ayətullah dərəcəsi olanların Quran, Sünnə, İcma və Ağıl əsas olmaqla Əsli dəlillərdən istifadə edərək ictihad etmə hüquqları var. Öz sahəsində elmi hövzədə müəllimlik edə bilər və istiftaatlar üçün fətva verə bilər. Hazırda İranda 1.000-dən çox ayətullah var.
Böyük dövlət
Böyük dövlət — ictimai siyasətin və ya özəl sektorun müəyyən sahələrində ifrat dərəcədə iştirak edən dövlət üçün alçaldıcı termin. Böyük dövlət ilk növbədə onun ölçüsü ilə müəyyən edilir, ya mütləq mənada, ya da ümumi milli iqtisadiyyata nisbətən büdcə və ya işçilərin sayı ilə ölçülür. Termin həmçinin özəl seksual davranış və ya fərdi qida seçimləri kimi şəxsi və ya şəxsi hesab edilən məsələləri tənzimləməyə cəhd edən dövlət siyasətləri ilə əlaqədar olaraq da istifadə edilir. Bu termin ABŞ kontekstində yerli qurumların səlahiyyətlərinə nəzarət etməyə çalışan dominant federal hökuməti təsvir etmək üçün istifadə edilmişdir.
Böyük pandalar
Ailuropoda - nəhəng pandanın beş növünü özündə birləşdirən ursid növüdür. Nəhəng Panda (Ailuropoda melanoleuca) hal-hazırda mövcuddur. Yırtıcı heyvanlar kimi onun taksonomik təsnifatına baxmayaraq, panda hər şeydən əvvəl otyeyən rasiona malikdir. Onun qidasının əsasını demək olar ki, bambuk bitkisi təşkil edir. Pandalar sonuncu Miocene ərzində yaşamış Ailurarctosdan törənir. †Ailuropoda microta Pei, 1962 †Ailuropoda wulingshanensis Wang et alii.
Böyük Lebovski
Böyük Lebovski (ing. The Big Lebowski) — Coel və İtan Koen tərəfindən yazılan və rejissorluğunu etdikləri 1998-ci il tarixli cinayət komediya filmidir. Əsas rollarda Ceff Brices, Con Qudman, Culianna Mur, Stiv Buşemi, Tara Reyd, Filip Seymur Hoffman və Devid Haddlstonun oynadığı bu qara komediya filminin kinematoqrafiyası Rocer Dikinsə aiddir. Filmin orijinal musiqisini uzun müddət Koen qardaşları ilə işləyən Karter Börvell bəstələyib. Hər şey Los-Ancelesdə yaşayan işsiz, tənbəl, boulinq aludəçisi "The Dude" (Dostum) ləqəbli Jeffrey Lebowskinin (Ceff Brices) başqa bir milyonçu ilə səhv salınması ilə başlayır. Əlil arabasına məhkum milyonçunun gənc həyat yoldaşı şəhərdə bir çox insana borclanmış və borcunu ödəməmişdir. Dude Lebovskinin evinə gələn iki gangster onu döyüb qiymətli xalçasına işədikdən sonra xalçasının pulunu almaq üçün adaşı olan milyonçunun malikanəsinə gedir və heç gözləmədiyi bir macəraya daxil olur. Klassik hekayə anladılış texnikasından uzaq olan film, bir sıra qəribə skeçlərin birləşdirilərək əmələ gəlmişə oxşuyur. 15 milyon dollara başa gələn film, kinoteatrlarda gözləndiyi qədər gəlir əldə etmədi ABŞ-də 18 milyon dollar dünyada isə ümumilikdə 29 milyon dollar gəlir etdi buna baxmayaraq tənqidçilərdən müsbət rəylər aldı. Eksantrik xarakterləri (xüsusən filmin anti-qəhrəmanı Jeffrey "Dude" Lebowski), qeyri-ənənəvi ritorikası, sürrealist yuxu səhnələri və seçilmə musiqiləri ilə tez bir zamanda kult klassikə çevrildi və hətta "İnternet dövrünün ilk kult filmi" olaraq da tanındı.
Böyük xartiya
Böyük Azadlıqlar Xartiyası (lat. Magna Carta Libertatum, ing. The Great Charter) — İngiltərə kralı Con və onun baronları arasında 15 iyun 1215-ci ildə imzalanmış və kralın hüquqlarını məhdudlaşdıran sənəddir. Sonrakı dövrdə İngiltərədə insan hüquq və azadlıqlarının inkişafında mühüm rol oynamışdır. Magna Carta-ya görə, bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi. Bu sənəd İngiltərə konstitusiya hüququnun əsas aktlarından biri olmaqla yanaşı, dünya hüquq tarixinin ən mühüm mənbə və nümunələrindən biri hesab edilir. Xartiya 63 maddədən ibarət tərtib olunmuş, bunlardan 60 maddə sonrakı dövrlərdə parlament tərəfindən ləğv edilmişdir. Üç maddəsi isə bu günədək qüvvədədir. Yaranma səbəbi kralla zadəganlar arasında olan ziddiyətlərin kəskinləşməsi və beləliklə də baronların öz hüquqlarını müdafiə istəkləri olmuşdur. Nəticədə baronlar qrupu kralı belə bir xartiyanı imzalamağa məcbur etmişdir.
Böyük Qeybəsı
Böyük Qeybəsı (ərəb. ٱلْغَيْبَة ٱلْكُبْرَىٰ; əl-ğeybə əl-kubrə‎, 329-cu hicri-indiki, 941-ci ili-indiki) Gizli İmam Məhəmməd əl-Mehdinin yer üzündə sülh və ədaləti bərqərar etmək üçün qiyamətə qayıdana qədər davam edəcəyi gözlənilən ikinci qeybətdir. Böyük qeyb hicri 329-cu ildə (miladi 941-ci il) Gizli imamın dördüncü agenti Əbu əl-Həsən əs-Səmərrinin vəfatı ilə başladı və Kiçik Qeybəsı (260-329, miladi 874-941) başa çatdı. On iki mənbəyə görə, əs-Samarri ölümündən bir müddət əvvəl Gizli İmamdan onun qaçılmaz ölümünü proqnozlaşdıran, ona canişin təyin etməməyi əmr edən və “tam qeyb”in başladığını bildirən məktub aldı. On ikilər inanırlar ki, o, qeyb zamanı insanların işlərinə və onların daxili mənəvi rəhbərliyinə cavabdeh olaraq qalır.
Böyük gəzinti
Böyük gəzinti — 1966-cı ildə istehsal olunmuş Fransa filmi. 1942-ci il. İkinci dünya müharibəsi əsnasında bir müttəfiq "B17 Flying Fortress" bombardman təyyarəsi işğal altında olan Paris üzərində olarkən almanların açdığı atəş nəticəsində vurularaq düşür. Uçuş komandiri Sir Reginald (Terri Tomas) və digər əməkdaşı paraşütlə tullanmaq məcburiyyətində qalırlar. Endikləri bölgədə bəzi fransız vətəndaşlardan kömək istəyirlər. Bunlardan biri olan boya ustası Oqustin Bouvet (Burvil) və xasiyyətsiz orkestr şefi Stanislas LeFort (Lui de Fünes) Fransanın cənubuna, almanların işğal etmədiyi azad bölgəyə qaçmaq planını düşünürlər… "Azərbaycan Sovet Ensiklopediyası". X cild. Bakı, 1987, səh. 18.